Rəsmi Bakıdan Pompeoya etiraz: "Onun fikirləri ABŞ-ın həmsədr ölkəsi kimi statusuna uyğun deyil"

img

16-10-2020 [15:23]


ABŞ-ın dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” telekanalında "Erik Erikson Şou" verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Mia.az xəbər verir ki, Azərbaycan XİN Pompeonun fikirlərinə etiraz edib: "Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA