UEFA prezidenti: "Avropa çempionatının baş tutacağına tam əminik"

img

16-10-2020 [13:53]


"Həmişə vəziyyəti izləyirik, amma Avropa çempionatının baş tutacağına tam əminik. Yarışı olduğu kimi keçirməyi planlaşdırırıq".

Bu sözləri UEFA prezidenti Aleksander Çeferin "Movistar+" nəşrinə açıqlamasında 2021-ci ildəki Avropa çempionatının şəhərlərinin sayının koronavirusa görə azaldılma ehtimalına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner deyib ki, Avropa çempionatı daha az ölkədə keçirilə bilər: "Deyə bilərəm ki, AVRO-2020-ni 12 əvəzinə 11 ölkədə də keçirə bilərik. Bu say 8, 5 və ya 1 ölkə də ola bilər".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR