Son 9 ayda nə qədər neft məhsulları istehsal olunub? - Statistka

img

16-10-2020 [12:25]


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,257 mlrd manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,5% azdır.

Hesabat dövründə 852,1 min ton həcmində avtomobil benzini, 1,542 mln ton dizel yanacağı, 19 min ton sürtkü yağları, 251,9 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 6,9%, dizel yanacağı istehsalı 5,7% azalıb, sürtkü yağlarının istehsalı 10,5%, neft bitumunun istehsalı 36,2% artıb.

İlin 9 ayında ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 356,8 min ton ağ neft, 42,4 min ton yanacaq mazutu, 147,6 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 20%, ağ neftin istehsalı 2,5%, yanacaq mazutunun istehsalı 55,4%, neft koksunun istehsalı 21,9% azalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA