Eldar Əzizov: "Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi"

img

15-10-2020 [21:55]


“Yüz ildən də çox dövrü əhatə edən Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt torpaqların geri qaytarılması ilə nəticələnməyib".

Mia.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O xatırladıb ki, ən yeni dövrümüzdə müstəqil Azərbaycanın 20 % torpaqları işğal olunub:

"Məhz bu gün ilk dəfə olaraq cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarıb və bu proses davam edir. Bu, bizi öz gözümüzdə ucaldan tarixi nailiyyətdir. Tarixdə şəxsiyyət faktoru bir daha öz təsdiqini tapır. Prezident ən qısa müddətdə nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək, bu uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident!”,


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib