Hikmət Hacıyev: "Silahlı muzdlular və onlardan istifadə edənlər məsuliyyətə cəlb olunmalıdır"
14-10-2020 [13:27]
“Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev qeyd edib ki, bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimızdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumatlara rast gəlinir: “Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda qeyd olunur ki, “Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər”.
H. Hacıyev bildirib ki, silahlı muzdlular ilə bağlı BMT-nin çoxsaylı qətnamələri var. Bu qətnamələr silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır və bütün dövlətləri, beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır: "Silahlı muzdlulardan insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilməsi ilə bağlı BMT-nin müvafiq işçi qrupu da var. Bundan əlavə, Avropa Şurasının “Terrorizmin qarşısının alınması üzrə 2005-ci il Varşava Konvensiyasının” 2015-ci ildə qəbul edilmiş Əlavə Protokolu da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutur”.
H. Hacıyev nəzərə çatdırıb ki, bu faktlar beynəlxalq ictimaiyyətin silahlı muzdlu probleminin kəskinliyini və ona qarşı mübarizənin labüdlüyünü dərk etdiyini göstərir: “Ermənistan isə bunun tam əksini edir və hətta silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Bununla da növbəti dəfə beynəlxalq hüququ pozur və BMT-nin qadağalarına qarşı gedir. Bir sıra dövlətlərin qanunvericiliyində xaricdə silahlı muzdlu kimi döyüşlərdə iştirak edən vətəndaşlara qarşı uzun müddətli həbs və böyük məbləğli cərimələr nəzərdə tutulur. Bu qəbildən olan silahlı qruplaşmanın yaradılmasında və idarəçiliyində yer alan şəxsləri isə daha ağır cəzalar gözləyir. Həmçinin hərbi əməliyyatlarda iştirak edən şəxslərin müəyyən hüquqlarından məhrum edilməsi (səsvermə, seçkilərdə iştirak, vəkillik, şahidlik, himayədarlıq, oturum icazəsi) də nəzərdə tutulur.
Bir sıra Avropa dövlətləri qeyri-qanuni silahlı qruplaşmalara qoşulmalarına görə öz vətəndaşlarına qarşı ciddi tədbirlər görür. Misal üçün, cari ilin iyul ayının əvvəllərində Fransada İŞİD tərkibində döyüşlərdə iştirak etmiş Tyler Vilus adlı şəxs 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Amma Xocalı soyqırımında iştirak etmiş Qilbert Minassyan adlı Fransa vətəndaşı Liberation qəzetinə müsahibəsində Fransa vətəndaşlarını muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün səfərbər etdiyini bildirib”.
Prezidentin köməkçisi vurğulayıb ki, son hərbi əməliyyatlar başlamazadan öncə də Ermənistan silahlı muzdluların, terroristlərin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsini təşkil edirdi: “Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha da aydın oldu. Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etmək məqsədi güdür.
Son döyüşlər zamanı isə bu proses daha da sürətləndirilib. Həm öncədən əldə edilmiş məlumatlar, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında rast gəlinmiş hallar açıq şəkildə Ermənistan tərəfində xarici ölkələrdən gələn silahlı muzdlu döyüşçü və terroristlərin vuruşduğunu sübut edir. Bizdə bunu aid bir çox foto və video dəlillər var. Muzdlular arasında erməni əsilli xarici ölkə vətəndaşları yetərincədir. Həmin şəxslər mülki Azərbaycan əhalisinə qarşı hücumlarda iştirak edirlər. Bu şəxslərin erməni əsilli olması onların Azərbaycan ərazilərində döyüşməsinə haqq qazandırmır və onları xarici döyüşçü statusundan azad etmir.
Bu xüsusda, aidiyyəti ölkələri belə addım atan vətəndaşları ilə bağlı ciddi tədbirlər görməyə, onların işğal olunmuş ərazilərə gəlmələrinin qarşısını almağa, eləcə də bu şəxslərə qarşı cinayət işləri açmağa çağırırıq.
İşğal olunmuş ərazilərimizdə vuruşan və hərbi əməliyyatlarda iştirak edən zaman həmin şəxslər avtomatik olaraq Azərbaycan Ordusunun legitim hədəfinə çevrilirlər. Döyüşdən sağ çıxıb öz ölkələrinə qayıdan silahlı muzdlular isə öz cəmiyyətləri üçün böyük təhlükə mənbəyinə çevriləcəklər”.
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq