71 QHT rəhbəri Rusiyanın jurnalist təşkilatlarının nümayəndələrinə müraciət etdi - SİYAHI

img

12-10-2020 [19:04]


Azərbaycan QHT-ləri Rusiya Federasiyasının media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət edib.

Mia.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz dostlar,

Biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və terror siyasəti fonunda Rusiya Federasiyasının mediasında müşahidə olunan anti-Azərbaycan təbliğatı ilə əlaqədar sizə dərin narahatlıq və etirazla müraciət edirik.

Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və digər şəhər və kəndlər də daxil olmaqla münaqişə zonasından bir neçə yüz kilometr məsafədə yerləşən və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə tutmaq da daxil olmaqla, Azərbaycan Respublikasına qarşı yeni hərbi təcavüzə və təxribata başladı, bu birbaşa beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

12 oktyabr 2020-ci il tarixinə olan məlumata görə 41 azərbaycanlı mülki şəxs Ermənistan tərəfindən qətlə yetirilmiş, 207 nəfər isə yaralanmışdır, 1200-dən çox yaşayış binası və mülki obyekt Ermənistan tərəfindən məhv edilmişdir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə 9 oktyabr 2020-ci ildə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üç tərəfli görüş keçirilib.

Görüş çərçivəsində 4 bənddən ibarət razılıq əldə olunub:

1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 4 qadın da daxil olmaqla 9 mülki şəxs həlak olub, 16 qadın və 6 uşaq da daxil olmaqla 34 nəfər yaralanıb.

Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlı deyil və əvvəlki 28 ildə olduğu kimi, əldə olunmuş razılaşmalara və imzalanan sənədlərə heç vaxt əməl etməyib.

Bizə məlumdur ki, rus KİV-ləri yayımlanan verilişləri və müvafiq kontenti hazırlayarkən qonşu ölkələrdə baş verən hadisələrin işıqlandırılmasına xüsusi diqqət yetirir və yuxarıda qeyd etdiyimiz hadisələr də istisna deyil.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş televiziya verilişlərinin iştirakçıları müəyyən edilən zaman balans qorunmur, əsassız erməni mövqeyinin geniş işıqlandırılması və Azərbaycanın ədalətli mövqeyini müdafiə edən jurnalistlərə qarşı ictimai kampaniyaların təşkili real faktların təhrif olunmasına, münaqişənin və hazırda baş verən hadisələrin birtərəfli və qərəzli işıqlandırılmasına səbəb olur.

Yuxarıda deyilənləri nəzərə alaraq biz hesab edirik ki, Rusiya media məkanında münaqişə ilə bağlı hadisələri işıqlandırarkən, Rusiya ictimaiyyətini çaşdıran, anti-Azərbaycan hisslərinin kəskin artmasına səbəb olan və Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı dost münasibətinə mənfi təsir göstərən erməni təbliğatına daha çox yer ayrılır.

Bu cür vəziyyət Rusiya ilə Azərbaycan arasında çoxəsrlik dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir və bu, eyni zamanda, Azərbaycanın çoxmilyonlu rusdilli auditoriyasının dərin məyusluğuna səbəb olur.

Yuxarıda göstərilən faktları nəzərə alaraq biz, Azərbaycan QHT-ləri, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının media strukturlarını, televiziya və radio kanallarını, habelə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandıran verilişlərin müəlliflərini və aparıcılarını məlumatların və səsləndirilən ekspert rəylərinin balansını təmin etmək üçün lazımi tədbirləri görməyə çağırırıq.

Biz, Azərbaycan QHT-ləri ümid edirik ki, Rusiya KİV-lərinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji əməkdaşlığa və qarşılıqlı etimada mənfi təsir göstərən ermənipərəst təbliğatı bundan sonra yaymaqdan çəkinəcək və verilişlərdə hər iki tərəfin mövqeyinə bərabər və ədalətli şəkildə şərait yaradılacaqdır".

Müraciət aşağıdakı 71 QHT tərəfindən imzalanıb.

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6. Novela Cəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
12. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi
15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
17. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
18. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi
19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi
20. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
21. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
23. Osman Gündüz Multimediya Sistemləri İctimai Birliyi
24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
25. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
26. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
27. Məlahət İbrahimqızı "Lider Qadınlar" İctimai Birliyi
28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi
29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
31. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək
33. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
34. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
36. Elçin Hüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi
37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi
38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliyi
39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi
40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi
41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi
42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
45. Ramil İsgəndərli "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi
46. Firuzə Əsədullayeva "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi
47. Qafar Mehdiyev "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" ictimai
48. Elmira Mehdiyeva “Yeni Fikir” Jurnalist Həmrəyliyi ictimai birliyi
49. Ruslan Xəlilov "Jurnalist Təşəbbüslərinin Təşviqi" ictimai birliyi
50. Elməddin Muradov “Jurnalistika və İnkişaf Mərkəzi”
51. Asəf Quliyev Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi
52. Sevinc Kərimova “Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai birliyi
53. Yadigar Məmmədli “Azərbaycan Demokratik Jurnalistlər Liqası" ictimai birliyi
54. Ayaz Mirzəyev “Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyi
55. Ceyhun Musayev "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyi
56. Tamxil Hacıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi
57. Seymur Verdizadə “Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi
58. Elşad Eyvazov Tərəfsiz Jurnalistlər ictimai birliyi
59. Sevil Yusifova Jurnalist Qadınlar Assosiasiyası
60. Aynur Nəsirova "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək ictimai birliyi
61. Fuad Hüseynzadə “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi
62. Nadir İsmayılov "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" ictimai Birliyi
63. Müşfiq Ələsgərli "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi
64. Əvəz Rüstəmov “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
65. Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət" İctimai Birliyi
66. Məhsim Məhsimov "Regional Medianın İnkişafına Yardım" ictimai Birliyi
67. Xalid Kazımov "Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai Birliyi
68. Qabil Rüstəmov Media İnkişaf Mərkəzi İctimai Birliyi
69. Zaur Qəriboğlu "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi
70. Cəsarət Hüseynzadə "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi
71. Telman İsa “Aktor” İctimai və Sosial Tədqiqatlar İB


Digər xəbərlər
SON XƏBƏRLƏR