"Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandırın" - Spiker BMT, ATƏT və dünya birliyinə müraciət etdi

img

11-10-2020 [12:25]


Milli Məclisin sədri Sahibə Qafarov da Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi raket hücumuna kəskin etiraz edib.

Mia.az xəbər verir ki, spiker bu barədə paylaşdığı mesaja zərərçəkən uşaqların fotolarını da əlavə edərək, bunun Ermənistanın Azərbaycana qarşı növbəti terror və təcavüz siyasəti olduğunu bildirib.

Spiker qeyd edib ki, hazırda qüvvədə olan humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandıra bilməyib: "Biz BMT, ATƏT və digər bütün beynəlxalq təşkilatları erməni tərəfinin zorakılığı təcili şəkildə dayandırması üçün tədbirlər görməyə çağırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA