"Ermənistan silahlı qüvvələri razılığı kobud şəkildə pozmağa davam edir" - XİN bəyanat yaydı
11-10-2020 [11:28]
"Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin son hadisələrlə bağlı yaydığı bəyanatda deyilib.
Bildirilib ki, hHumanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib:
"Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.
11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.
Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq.
Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir”.
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq