Hikmət Hacıyevdən növbəti mesaj: “Türkiyə artıq masadadır..."

img

10-10-2020 [15:46]


“Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yaranmış reallıqda Azərbaycan Türkiyənin prosesdə daha aktiv iştirakını gözləyir: “Cənubi Qafqazda baş verən proseslər qardaş Türkiyəni də narahat edir, səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də digər formatlarda qardaş Türkiyənin region dövləti kimi yaxından iştirakı gözlənilir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır.  Təəssüf ki, onlar bu günə qədər bunu anlamırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA