Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq

img

09-10-2020 [15:18]


Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq.

Bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb.

Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA