Rusiya Azərbaycana taxıl daşınması tariflərini 50% azaldacaq

img

07-10-2020 [17:16]


"Bu il Rusiyanın taxıl istehsalında artım gözlənilir”.

Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzinin rəhbəri Aleksey Şilo deyib.

"2017-ci ildə ölkədə rekord həcmdə - 135 milyon ton taxıl istehsal edilib. Bu il rekordun yenilənəcəyini gözləyirik. Halbuki Rusiyanın qlobal taxıl bazarındakı rəqibləri Ukraynada, Avropa İttifaqı ölkələrində, o cümlədən Fransada bu il taxıl istehsalında azalma var. Odur ki, ixracla bağlı vəziyyət Rusiya üçün əlverişlidir. Lakin ixracın həcmi kvotalarının tətbiqindən və rüsumlardan asılı olacaq. Ötən il 1 ton taxıl ixracı üçün rüsumun məbləği 195 ABŞ dolları olsa da, hazırda 208 ABŞ dolları təşkil edir”, - deyə o, qeyd edib. 

A.Şilonun sözlərinə görə, rəhbərlik etdiyi şirkət taxıl daşınmasını artırmaq üçün müəyyən addımlar atır: "Məsələn, Xəzər və Azov-Qara dəniz hövzələri istiqamətində qısa məsafələrə (400 km-ə qədər) ixrac olunan taxıl daşımalarında 38% endirim, habelə Samur sərhəd keçid məntəqəsindən (Rusiya-Azərbaycan sərhədi) taxıl daşınması üçün 50% endirim nəzərdə tutulur". 

Xatırladaq ki, 2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib. Bu qonşu ölkənin taxıl ixracının 3-4%-ni təşkil edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA