QARABAQ AZƏRBAYCANDIR!
07-10-2020 [16:47]
Teyyub Qənioğlu,
Azərbaycan Təkamül Partiyasının sədri
***
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı BMT-nin Nizmanaməsinə və prinsiplərinə təmamilə ziddir və bütövlükdə BMT-nin, eləcə də, onların özlərinin, nüfuzuna ciddi zərbə vurur.
Şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, müqəddəs torpaqlarımızı qarış-qarış yağı düşməndən azad edir, çoxdan gözlədiyimiz qələbələrlə hər gün xalqımıza yeni-yeni qələbə sevincləri bəxş edir.
Cəbhədə gedən proseslər göstərir ki, xalqımızın apardığı VƏTƏN MÜHARİBƏSİNİN zəfərlə başa çatacağı gün uzaqda deyil! Bu gün regionumuzda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir: dostlarımız qələbə sevincini bizimlə bölüşdüyü halda, bədxaxlarımız, düşmənlərimiz, xüsusilə də regionda öz maraqlarını güdən və bu maraqlarını reallaşdırmaq üçün əsrlər boyu erməni faşistlərindən daim "alət" kimi istifadə edən türk düşmənləri vahimə içərisindədirlər.
Xalqımızın, şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etmək əzmini görən və bu əzmin reallaşmaqda olduğunu dərk edən ATƏT-in Minsk Qrupunun xristian üçlüyü xüsusilə təşviş içindədir. Azərbaycanın əzəli və əbədi torpaqlarının özlərinin gizli və açıq dəstəyi ilə erməni faşitləri tərəfindən işğalına zəmin və imkan yaradanlar bu gün hər veclə bu işğala son qoyulmasına mane olmağa çalışır və bu zaman açıq şantajdan belə çəkinirlər.
2020-ci il il oktyabr ayının 5-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına dair qəbul etdikləri bəyanat bunu bir daha əyani şəkildə biruzə verməkdədir. Bəyanatda qeyd olunur ki:" Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır" (?). Bu reallığa qətiyyən uyğun gəlməyən, hədələrlə, təhdidlərlə dolu, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədinə köklənmiş uzdəniraq bəyanatda riyakarcasına qeyd edilir ki:"... Həmsədr ölkələr bildirirlər ki, münaqişəni məhz biz həll edəcəyik (?), bu məsələ bizə həvalə olunub (?), başqası müdaxilə etməsin (!) və ya münaqişə tərəflərindən biri təkbaşına bu məsələni həll edəcəyini düşünməsin(!?)".
Təqdirəlayiq haldır ki, Azərbaycan xalqı 27 ildir "onlara həvalə olunan məsələni" həll etmək istəməyən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin, əslində Azərbaycana unvanlanmış və faşit Ermənistanın müdafiəsinə hesablanmış bu fikirlərini qətiyyətlə rədd edir, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sülh danışıqlarının bərpası üçün irəli sürdüyü təklifi tam dəstəklədiyini açıq şəkildə bəyan edir! Azərbaycan xalqı xristian təəssübkeşliyindən irəli gələn, daima türk düşmənçiliyi mövqeyindən çıxış edən və erməni faşistlərini özlərinin məkirli niyyətlərinə alət edən bu uzdəniraq həmsədr ölkələrdən tələb edir ki, onunla zor dilində danışmağa son qoysunlar! Bədxaxlarımız nəhayət dərk etməlidirlər ki, Azərbaycan xalqı, onun şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz doğma torpaqlarını mənfur düşməndən azad etmək əzmindədir və bu əzmi heç kəs qıra bilməz!
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən, eyni zamanda BMT-nın Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, Rusiya və Fransa unutmasınlar ki, onların xarici işlər nazirlərinin yüxarıda qeyd edilən və beynəlxalq hüquqa təmamilə zidd və təhdidlərlə dolu olan üzdəniraq bəyanatı BMT-nin Nizmanaməsinə və prinsiplərinə təmamilə ziddir və bütövlükdə BMT-nin, eləcə də, onların özlərinin, nüfuzuna ciddi zərbə vurur. Unutmasınlar ki, beynəlxalq hüquqa görə QARABAQ AZƏRBAYCANDIR VƏ BU HƏMİŞƏ BELƏ OLAQCAQDIR!
MİA.AZ
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar