Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

img

05-10-2020 [14:25]


Bu gün 2020-ci il Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb. 

Məlumata görə, mükafat Harvi Alter, Maykl Houton və Çarlz Raysa verilib.

Onlar Hepatit C xəstəliyinin müalicəsi ilə bağlı apardıqları araşdırmalara görə mükafata sahib olublar. 

“Tarixdə ilk dəfə Hepatit C virusunu sağaltmaq mümkün olub. Mükafat sahiblərinin kəşfləri xroniki hepatitin səbəbini üzə çıxarmağa iman verib  və qan analizlərinin aparılmasını, milyonlarla insanın həyatını xilas edən yeni dərmanların tətbiqini mümkün edib”, - deyə Nobel Komitəsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Stokholmda fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adlarının açıqlanması ilə ənənəvi Nobel həftəsi start götürüb. Çərşənbə axşamı fizika, çərşənbə günü isə kimya sahəsində Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. Cümə axşamı ədəbiyyat, cümə günü Sülh, oktyabrın 12-də isə iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR