Dövlət Agentliyinin rəhbərliyinə təyinatlar olub

img

05-10-2020 [11:11]


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəhbərliyinə təyinatlar olub.

Məlumata görə, AREA-nın sədri vəzifəsi müvəqqəti olaraq Nazirliyin aparat rəhbəri Zaur Məmmədova tapşırılıb.

Bundan əlavə Təbriz Əmmayev AREA sədrinə müavin təyin edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Bristol Universitetində maliyyə, mühasibatlıq və menecmentliyi fakültəsini bitirən T.Əmmayev bu vaxta qədər SOCAR-ın baş ofisində çalışıb.

Energetika nazirinin müşaviri və mətbuat katibi Zəminə Əliyeva “Report”a bu təyinatları təsdiq edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb və 40 ştat vahidi müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA