Azərbaycan XİN: "Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır"
04-10-2020 [12:27]
"Ermənistan baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin xalqa müraciətinə dair şərhində bildirilib.
Məlumata görə, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala son qoymaq tələblərini görməzlikdən gələn Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə dini çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir:
"Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda, guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb olunmasına nail olmaq.
Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və 27 iyul tarixindən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr həyata keçirir.
Ermənistan Baş nazirinin “ermənilərə qarşı soyqırımı” siyasətinin həyata keçirilməsi ilə bağlı cəfəng fikirlərinə gəldikdə isə, müharibə dövründə Azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirdiyini və dinc insanları hədəfə almadığını vurğulayırıq.
Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Ermənistan rəhbərliyinin bölgədə yaranmış vəziyyətə görə öz birbaşa məsuliyyətini ört-basdır etmək məqsədilə atdığı hər bir addım uğursuzluğa düçardır".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib