Prezidentin köməkçisi: "Vasitəçi dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir"

img

03-10-2020 [17:36]


“Vasitəçilik funksiyasını həyata keçirən bütün dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidir. Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyalarına xələl gətirə biləcək hallardır”.

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa prezidenti Emanuel Makronun danışıqlar prosesinin yeni formata keçirilməsiilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır: “Əvvəl hətta Xarici İşlər nazirlərinin görüşlərinin keçirilməsi barədə təkliflər də vardı. Azərbaycan tərəfi də bu məsələlərə bu və ya digər formada baxa bilər. Ancaq ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində səylər səfərbər olunmalıdır ki, Ermənistanın Azərbaycana işğalına son qoyulsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA