Tural Gəncəliyev: "Azad edilən torpaqlarda bütün etnik qrupların dinc yaşamaq hüququ olacaq"

img

03-10-2020 [15:24]


"Ermənistan sakinlərinə müraciət edərək deyirəm ki, Azərbaycan hərbi əməliyyatlar aparır və yalnız düşmənin legitim hərbi obyektlərini zərərsizləşdirir".

Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. 

"Heç bir vəchlə mülki əhaliyə qarşı silah işlətmir və beynəlxalq hüququn prinsiplərinə uyğun davranır. Erməni sakinlərinə səslənirik ki, onlar Azərbaycan Ordusuna qarşı silah işlətməsinlər. Torpaqlarımızı işğaldan azad etmək səylərinə dəstək olsunlar. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün salınmış əhali ilə bərabər orada yaşayan sakinlərin də hüquqlarının qarantıdır. Torpaqlar azad ediləndən sonra orada yaşayan bütün etnik qruplar öz hüquq və azadlıqlarına qovuşacaq, Azərbaycan Respublikası ərazisində dinc yaşamaq hüququ əldə edəcəklər", - o deyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA