Şöbə müdiri: "Beynəlxalq təşkilatlara məktublar göndərmişik"

img

03-10-2020 [15:19]


"Dağlıq Qarabağın azərbaycanlı icması indiyədək Azərbaycanda akkreditə olunmuş 30-dan çox ölkənin səfiri ilə görüşlər keçirib"

Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova deyib.

"Beynəlxalq təşkilatlarla həftəlik mütəmadi görüşlərimiz olur. Həm yerli, həm də xarici mediada öz sözümüzü demişik. Son 8 gün ərzində Avropanın müxtəlif media nümayəndələrinə onların yaydıqları həqiqətə uyğun olmayan məlumatları puç edən birbaşa məlumatlar göndərmişik. Azərbaycanda siyasi maraqları olan təşkilatlara da ünvanlı məktublar göndərmişik", - o bildirib./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA