“Forbes” jurnalı dünyanın ən varlı aktrisalarının adlarını açıqlayıb

img

03-10-2020 [09:24]


“Forbes” jurnalı dünyanın ən varlı aktrisalarının adlarını açıqlayıb.

Jurnalının sıralamalarına əsasən, illik gəlirinə görə siyahıya gözəl aktrisa Sofiya Verqara başçılıq edir. Onun illik gəliri 43 milyon ABŞ dolları təşkil edib.

Aktrisa Angelina Coli 35,5 milyon ABŞ dolları gəliri ilə ikinci yerdə qərarlaşıb.

Füsunkar aktrisa və model Qal Qadot 31 milyon ABŞ dolları qazancı ilə üçüncü yeri tutub.

İlk onluqda Melissa Makkartni (25 milyon ABŞ dolları), Meril Strip (24 milyon ABŞ dolları Emili Blant (22,5 milyon ABŞ dolları), Nikol Kidman (22 milyon ABŞ dolları), Ellen Pompeo (19 milyon ABŞ dolları), Elizabet Moss (16 milyon ABŞ dolları) və Viola Davisin (15,5 milyon ABŞ dolları) adı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR