"Sülhdən o zaman danışmaq olar ki..." - Hikmət Hacıyev “Al Arabiya” kanalına Ermənistan təxribatlarından danışdı
01-10-2020 [17:27]
"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquqa riayət etməklə vətəndaşlarımızın təhlükəsizliyini təmin edir və ölkəmizin ərazilərinin Ermənistan işğalından azad edilməsi məqsədilə özünün suveren ərazisində fəaliyyət göstərir".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni hərbi təcüvüzü ilə bağlı “Al Arabiya” kanalına müsahibəsində bildirib.
Prezidentin köməkçisi hərbi qarşıdurmanın davam etdiyini və sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı atəş açdığını və Azərbaycan Ordusunun öz mülki əhalisinin təhlükəsizliyini qorumaq və Ermənistanı sülhə vadar etmək üçün əks-hücum tədbirləri həyata keçirdiyini bildirib: "Otuz ildən çoxdur ki, biz danışıqlar prosesi aparırıq, lakin Ermənistan status-kvonu qoruyub saxlamaq üçün əlindən gələni edir. Onlar həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri, İslam mədəni irsini dağıdırlar. Dünyanın heç bir ölkəsində məscidlərin dağıdılması və məscidlərdə donuzların saxlanılması kimi hallar baş verməyib. Mülki azərbaycanlıları öldürən və işğal edilmiş ərazilərdə məscidləri və İslam mədəni irsini dağıdan Ermənistan İslam dünyasına və ərəb xalqına özünü necə dost kimi göstərə bilər?
Onlar bu gün də Azərbaycan mülki əhalisini öldürməyə davam edirlər. Güclü artilleriya hücumları nəticəsində mülki vətəndaşlarımız həlak olub və ağır yaralanıb. Beynəlxalq ictimaiyyət bu vəhşiliyi, Ermənistanın əsl üzünü görməlidir. Biz İslam ümmətinə, xüsusilə Türkiyəyə, Səudiyyə Ərəbistanına və Pakistana minnətdarıq. Ermənistanın Azərbaycana təcavüzünə görə bu ölkələrin Ermənistan ilə diplomatik əlaqələri yoxdur. Biz həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) minnətdarıq. İƏT Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyən qətnamələr qəbul edib".
H.Hacıyev vurğulayıb ki, yalnız Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxardıqdan sonra sülhdən danışmaq olar: "Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibələr konsepsiyasını elan edib. Ermənistan nə zaman təxribatları son qoyacaq? Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa son qoymalıdır"/Report.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb