Müharibə şəraitində informasiya-psixoloji təbliğatla bağlı təkliflər paketi hazırlanıb - DETALLAR

img

01-10-2020 [15:51]


Sosial Tədqiqatlar Mərkəzi Qarabağın azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda aparılan müharibə şəraitində informasiya-psixoloji təbliğatla bağlı təkliflər paketi hazırlayıb.

STM-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, təkliflər daxili auditoriyaya yönələn saxta xəbərlərin ifşası və internet və informasiya blokadası aradan qalxdıqca, ictimai rəyin sosial şəbəkələr üzərindən hədəfə alınması, fərqli mənbələrdən güclü “dezinormasiya hücumuna” məruz qalması ilə bağlıdır.

Sosial Tədqiqatlar Mərkəzi aşağıdakı təkliflərlə çıxış edir:

- 1994-cü ildən sonra atəşkəsin pozulduğu şəraitdə Şəhid statusunun verilməsi həyata keçirilmirdi. İndi hərbi vəziyyət elan olunub. Ona görə də, “şəhid” statusuna yenidən baxılması, döyüş şəraitində həyatını itirən hər bir hərbi qulluqçuya “şəhid statusu”nun verilməsi onların müqəddəs haqqı sayıla bilər.

-  Şəhidlərin dəfni ilə bağlı “20 Yanvar-hüzn günü” ilə assosiasiya olunan Şəhidlər xiyabanından simvol olaraq fərqlənən məkan  və ad seçimi, məsələn, “Qarabağ zəfəri”, “Qalibiyyət əsgəri”, “Zəfər əsgəri”  və s. adlı məkan, paytaxt və rayonlarda şəhidlərin qələbə və ruh yüksəkliyi aşılayan “Zəfər Memoriallarını” inşa etmək məqsədəuyğun olardı.

- Yaralıların və həlak olanların ailələrinin məlumatlandırılması və təcili dəstəklənməsi üçün briqadalar formalaşdırılır. (7 nəfərədək: 2 psixoloq (1 qadın və 1 kişi); komandir, terapevt həkim, reabilitasiya həkimi, 2 sosial işçi (1 kişi; 1 qadın.)

-    Şəhid haqda xəbərin ailəyə çatdırılması  hər bir ailə üçün ayrıca “xüsusi əməliyyat” olaraq hazırlanır! Ən sonuncu ailəyə şəhid haqda xəbər verilənədək, mediada şəhidlər haqda heç bir məlumat verilə bilməz.

-   Həyatını itirənlərin tanınmasına  3 saat; ailələrə xəbər verilməsinə  3 saat vaxt  müəyyən edilir.

 Təkliflər sırasında əsgər-döyüşçü nüfuzu və əsgər ailəsi ilə bağlı məsələlərə də yer verilib. Belə ki, cəmiyyətdə “şəhid anası”, “şəhid atası” ifadələri ilə yanaşı, “əsgər anası” və əsgər atası” ifadələrinin də yerini tutması təklif edilir. Eyni zamanda əsgərlərin sosial təminatları artırılması və əsgər ailələrinə daha çox imtiyazlar verilməsi də təklif edilir.

Həmçinin, təkliflərdə bildirilir ki, əhali arasında təbliğat məqsədi ilə müharibə ilə bağlı pozitiv mesajların SMS-məlumatlandırma sisteminin işə salınması gündəmə gəlməlidir. Bu şəkildə Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatları, ölkə başçısının müraciətlərini operativ şəkildə bütün vətəndaşlara çatdırıla bilər. “Qarabağ Radiosu” yaxud, “Saatlar-Qarabağı göstərir”, “Vaxt-Qayıdış zamanıdır” və s. rubrikalı radio-TV verilişlərin, 24/7 rejimdə ictimai nəqliyyatda, çoxsaylı insanlar arasında yayımlanması da təklif edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR