Rusiyalı politoloq: "Azərbaycan Ordusu qışa qədər ərazi bütövlüyünü tam bərpa edəcək"

img

01-10-2020 [13:25]


Azərbaycan Ordusu qışa qədər ərazi bütövlüyünü tam bərpa edəcək.

Bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

“Şübhə etmirəm ki, qışa qədər Azərbaycan ərazilərindəki bütün erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edərək ərazi bütövlüyünü tam bərpa edəcək”, - o, “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA