Çempionlar Liqası: 3 komanda qrup mərhələsinə yüksəldi

img

30-09-2020 [09:11]


Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri baş tutub.

Mia.az xəbər verir ki, "Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olub. Görüş qolsuz bərabərliklə yekunlaşıb. İlk matçda səfərdə 3:3 hesablı heç-heçə etdiyindən, Budapeşt komandası Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Molde" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.  

Daha bir qolsuz heç-heçə Kiprdə "Omoniya" ilə Yunanıstan "Olimpiakos"u arasındakı qarşılaşmanın yekununda baş verib. İlk matçda 2:0 hesablı qələbə qazandığı üçün "Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsinə adlayıb. "Omoniya" isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. 

Ukrayna "Dinamo"su Belçikada 2:1 hesabı ilə yendiyi "Gent"ə Kiyevdə böyük hesabla qalib gəlib - 3:0. Bununla da "Dinamo" yoluna Çempionlar Liqasının, "Gent" isə Avropa Liqasının qrup mərhələsində davam edəcək.  

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika) - 3:0

Qollar: Vitali Buyalski, 9. Karlos De Pena, 36 (pen.). Jerson Rodrigeş, 49 (pen.)
İlk oyun - 2:1

23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç) - 0:0
İlk oyun - 3:3

Qeyd edək ki, qalan 3 cavab görüşü bu gün keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR