Almaniya millisi ciddi itki ilə üzləşdi

img

28-09-2020 [16:44]


İspaniyanın "Real Madrid" klubunun zədəli futbolçusu Toni Kroosun durumuna aydınlıq gəlib.  

"Marca" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 10 - 14 günlük sıradan çıxıb. Almaniyalı oyunçunun əzələsində problem aşkarlanıb. 

Qeyd edək ki, Toni Kroos La Liqanın III turunda "Betis"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdə xəsarət alıb. O, Almaniya millisinin oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasında Ukrayna ilə matçda iştirak etməyəcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR