Ermənistan itkilərini qismən etiraf edir: "59 hərbçi ölüb, 200 yaralı var"

img

28-09-2020 [16:23]


Ermənistan döyüşlərdə verdiyi itkilərini açıqlamağa davam edir.

APA-nın məlumatına görə, Ermənistan rəsmi qurumları indiyədək artıq 60-dək itki verdiklərini açıqlayıb.

Sentyabrın 28-də gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən 28 erməni hərbçi məhv edilib.

Buna qədər erməni tərəfi döyüşlərdə 31 hərbçisinin öldürüldüyünü açıqlamışdı.

Bununla da, erməni tərəfinin rəsmi olaraq açıqladığı ölü sayı 59-a çatıb.

Məhv edilən erməni hərbçilərin adlı siyahısı da dərc olunub. 

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan 200 hərbçinin isə yaralandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə erməni tərəfinin ölü və yaralı olmaqla 550 itki verdiyini açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR