Avropa İttifaqından Qarabağdakı döyüşlərlə bağlı daha bir çağırış: "Yeni müharibənin qarşısını almağa çağırırıq"

img

28-09-2020 [15:48]


"Avropa İttifaqı Qarabağda münaqişə tərəfləri bütün imkanlardan istifadə edərək mülki vətəndaşların müdafiəsinin və infrastrukturunun təmin olunması üçün yeni müharibənin qarşısını almağa çağırırıq".

“RİA Novosti” xəbər verir ki, bunu Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

“Biz münaqişə edən tərəfləri yeni müharibədən yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq, - o vurğulayıb.

P.Stano deyib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin dərinləşməsinin qarşısını almaq üçün bütün tərəflərlə təmas saxlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA