Azərbaycan Ordusunun əks-hücum əməliyyatları davam edir: "Düşmənin daha 2 tankı məhv edildi"

img

28-09-2020 [13:19]


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür: Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR