“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur" - Prezidentin köməkçisi

img

28-09-2020 [12:26]


“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib Onun sözlərinə görə, ölkəmizdə bir neçə müddət əvvəl hərbi toplanış həyata keçirilib: "Həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır. Bu, Ermənistanın xislətini açıq şəkildə ortaya qoyur. Bu gün səhərdən də Tərtər rayonunu atəşə tutublar".

H.Hacıyev əlavə edib ki, düşmən həmçinin Tərtər rayonunda da polis şöbəsini və mülki obyektləri hədəf alıb: "Bu, Ermənistanın acizliyini və təcavüzkar xislətini bir daha ortaya qoyur".

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Ordusunun şəxsi heyəti rəşadətli döyüşlərini davam etdirir.

Onun sözlərinə görə, düşmənin itkiləri çoxdur: “Onların yalanları, saxta məlumatları ifşa olunur".

H.Hacıyev deyib ki, xarici media nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR