Prezidentin köməkçisindən beynəlxalq ictimaiyyətin çağırışlarına reaksiya:: "Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir"

img

28-09-2020 [11:28]


“Biz təmas xəttində yaranan vəziyyətə görə beynəlxalq ictimaiyyəti başa düşürük".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz süverən ərazilərimizdə fəaliyyət göstərərək Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir: "Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA