Böyük Quruluş Partiyasından Ali Baş Komandana dəstək: "Bütün əmr, göstəriş və tapşırııqlarını yerinə yetirməyə tam hazırıq"

img

27-09-2020 [15:41]


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qarabağda başlayan hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Partiya sədri Mia.az-a açıqlamasında deyib ki, Böyük Quruluş Partiyası Ermənistan işğalçı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərarını tam dəstəkləyir: "Partiya struktrlarında təmsil olunan hər bir üzvümüzün Ali Baş Komandanın Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırııqlarını yerinə yetirməyə tam hazır olduğunu  bəyan edirik".

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:08 23.11.2020

Zelenski sağalıb