İcra başçısı ilə şöbə müdiri haraları zəbt edib? - Nərimanov İH-nin məmurları haqda şok iddialar yaydı
25-09-2020 [19:03]
Bu günlərdə mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova, Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və şöbə müdiri Nurlan Həsənovun ortaq mülkləri ilə bağlı məlumatlar yayılmışdı.
Əli Həsənov bu mülklərin və obyektlərin ona məxsus olmadığını bildirmiş və məlumatı təkzib etmişdi. Abdin Fərzəliyevdən və Nurlan Həsənovdan isə səs çıxmadı.
Bu gün Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”ində yaşayan bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi adından bizimyol.info-ya məktub daxil olub.
Məktubda deyilir ki, Nurlan Həsənov adlı həmin şəxs “Əlillər evi”nin ərazisini zəbt edərək orda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib: “Nurlan Həsənovun Əhməd Rəcəbli küçəsindəki “Hilal elektrik” kommersiya obyekti və eyni ünvandakı 3 villa da “Əlillər evi”ndən zəbt edilib.
Bizim evin açılışı 13 avqust 2009-cu ildə Prezident xarici səfərdə olanda həyata keçirilib. Bu açılışı gizli ediblər ki, Prezident açılışda iştirak etsə idi, dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin zəbt edilməsinə şahid olacaqdı. Hətta bütün televiziyalar qonorar sifarişilə çəkilişi elə aparmışdılar ki, evin zəbt edilməsi nəzərə çarpmasın. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş və 11 ildə kanalizasiyası, həyəti belə olmayan “Əlillər evi”nin ətrafında əlavə tikililər davam edir. Özü də Nərimanov RİH və BŞİH-in razılığı ilə.
Bizim evin yerində tikilən “Nobel elektrik”, “Hilal elektrik” , “Omid”obyektləri də Nərimanov RİH və Bakı şəhər İcra Hakimiyyətinin məmurlarına məxsusdur”.
Əlillər, şəhid ailələri bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, DİN-ə, Baş Prokurorluğa, İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etsələr də, heç bir reaksiya verilmədiyini deyirlər.
Şikayətçilər bir sıra başqa yüksək vəzifə sahiblərinin, tanınmış iş adamlarının adlarını çəkirlər. İddialarla bağlı jurnalist araşdırılması aparılması, əlimizdə konkret və təkzibolunmaz faktların olmasılazım gəldiyindən hələlik həmin adları açıqlamağı uyğun bilmirik. Ancaq məktubda da qeyd edildiyi kimi, bu binanın sifarişçisi var: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Məktub müəllifləri həmin Nazirliyin bu hallara qarşı heç bir addım atmadığından da şikayətçidirlər.
Bizimyol.info
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz