Əli Əhmədov: "Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmi yaradılmalıdır"
25-09-2020 [18:04]
“XXI əsrin texnoloji nailiyyətləri sırasında ən mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasından ibarətdir. Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür”.
Bunu Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda keçirilən videokonfransda deyib.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyətində də sosial şəbəkələr geniş yayılıb, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdədir: “Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda iki bir-birindən fərqli meyllər müşahidə olunur. Qlobal miqyasda “Facebook” və “Twitter” iştirakçılarının sayı artır. Belə ki, “Facebook” iştirakçılarının sayı 71 faizdən 75 faizə, “Twitter” istifadəçilərinin sayı isə 6 faizdən 6.4 faziə yüksəlib. “Youtube” və “Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə “Facebook” və “Twitter” kimi platformalarda iştirakçıların sayı azalır, “Youtube” və “İnstagram” iştirakçılarının və istifadəçilərinin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələrdə də iki meyl var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də, mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimlənmələrin yaradılması müzakirə olunur”.
Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunların birincisi sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğatın aparılmasına geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır: “Belə hallara qarşı ictimai qınaq da effekt vermir. Bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir”/APA.
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”