Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərliyi ilə videokonfrans keçirilib - FOTO
25-09-2020 [16:38]
Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarının formalaşma mərhələləri, hüquqi statusu və dövlət hüquq sistemində yeri mövzusunda 25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərliyi ilə videokonfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumatına görə, peşə bayramı ərəfəsində həyata keçirilən tədbirlərin davamı olan bu konfransda Baş Prokurorluğun, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikasının, Naxçıvan Muxtar Respublikasının Hərbi, tabe rayon (şəhər) prokurorluqlarının 60 əməkdaşı iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorun müavini Heydər Məmmədov konfrans iştirakçılarını qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, ölkə başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə həyata keçirilən yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər barədə məlumat verib, bu islahatların əsas istiqamətlərindən olan məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesinin Azərbaycan Prokurorluğunu da əhatə etməsini və yenilənmə prosesində əldə edilmiş nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra videokonfransda Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Fazil Həsənəliyev, Ceyhun Kazımov, Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov, Hərbi Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Səməd Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov prokurorluğun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən məqsəd və hədəflər barədə müvafiq mövzularla ətraflı çıxışlar ediblər.
Çıxışlardan sonra videokonfrans iştirakçıları arasında faydalı fikir mübadiləsi və müzakirələr aparılıb.
Sonda Baş prokurorun müavini tərəfindən seminara yekun vurulmuşdur.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb