"...o, indi Azərbaycanın Milli Qəhrəmanıydı" - Deputat məktəbə buraxılmayan qazi müəllimdən yana nazirə səsləndi
25-09-2020 [15:15]
Aqil ABBAS,
Milli Məclisin deputatı
***
Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif Əlisoyun təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda yerləşdirdik, qəzetdə də dərc elədik.
Vaqif Əlisoy 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilib.
Hörmətli nazir, əvvəla Vaqif Əlisoyun 65 yox, 60 yaşı var, bu məsələyə qayıdacağıq.
Mən həmişə demişəm, bu mənim subyektiv fikrimdi, orta məktəb ali məktəb üçün kadr hazırlayan təşkilat deyil. Orta məktəbin birinci vəzifəsi vətəndaş hazırlamaqdı. Canı ilə, qanı ilə, ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!
Təbii ki, istedadlıları, savadlıları ali məktəbə daxil olacaq, orda həm mütəxəssis kimi, həm də bir vətəndaş kimi daha da yetkinləşəcəklər. Və bütün orta məktəbləri bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər sahələrlə – əkinçiliklə məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır. Yəni bir vətəndaş kimi bu millətə, bu dövlətə qulluq edir.
Ağa Laçınlı «Səmimiyyət» adlı şeirində deyir:
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan aşağı qalar.
Və Ağa Laçınlının təbirincə desək:
Bir ölçü götürsək vətəndaşları
Alimlər var ki adi bir çobandan aşağı qalar.
Vaqif Əlisoy əsl vətəndaşdı və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin başqa uğurlarını qoyuram bir kənara, şagirdləri bu Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün yararlı bir vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta məktəblərdə kişi müəllimlərin sayı heç 10-15 faiz təşkil etmir. Həm də məktəblərdə kişi müəllimlərinə ehtiyac var. Belə bir vaxtda bir kişi müəllimini təqaüdə göndərmək nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə yanaşdıqları bir Qarabağ qazisini, bir kişini.
Söhbəti uzatmayım, gələk yaş məsələsinə. Vaqif müəllimin 65 yaşı yoxdu, 60 yaşı var. Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə gecəsi olub, nə gündüzü, nə rahatlığı, nə yemək-içməyi, nə ailəsini görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu 5 ili yaşamayıb ki.
Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə düşüb. Nə qədər əzizi şəhid olub.
Vaqif Cəbrayılzadə Səttar Bəhlulzadə haqqında yazır:
Ölsəydi
bu dünyanın qara torpaqları
dolduramazdı
qocanın üz qırışlarını.
İndi Vaqif Əlisoyun sifətinə baxmaqla bir insanın nə qədər ağrı-acı çəkdiyini görmək olar.
Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub şəhid olsaydı, indi Azərbaycanın Milli Qəhrəmanıydı.
Hörmətli Nazir!
Siz rəsmi ad almayan Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir müəllimliyi çox görməyin!
Sağ olun!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"