"Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa..." - Ceyhun Bayramov
25-09-2020 [14:32]
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, çıxışında nazir Ceyhun Bayramov dünyada COVID-19 pandemiyasının yayılmasının davam etdiyi bir vaxtda böhran vəziyyətində əməkdaşlıq məsələsinin aktuallıq qazandığını qeyd edərək, tədbir iştirakçılarına pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın beynəlxalq səylərə verdiyi töhfə, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının və Qoşulmama Hərəkatı Əlaqə Qrupunun Zirvəsinin çağırılması kimi bir sıra vacib təşəbbüsləri barədə məlumat verib.
Pandemiyanın yalnız sağlamlığa deyil, iqtisadiyyata da təsirinin böyük olduğunu qeyd edən nazir, hərtərəfli və davamlı iqtisadiyyat qurmaq üçün trans-sərhəd ticarəti, bağlılığı və yeniliyi təşviq edən ölkə qismində Azərbaycanın Xəzər dənizi - Qara dəniz əməkdaşlığının inkişafında fəal rolundan danışıb.
Azərbaycanın Qara dəniz bölgəsinin firavan gələcəyinə inandığını qeyd edən nazir Ceyhun Bayramov, bu məqsədə nail olmaq üçün ilkin şərt qismində dövlətlərin müstəqilliyə, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət etmələrinin zəruri olduğunu səsləndirib.
Tədbir zamanı çıxışında BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan Xarici İşlər nazirinin ənənəvi əsassız iddialarına münasibət bildirən nazir Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayaraq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal altında saxladığını vurğulayıb. 12-16 iyul tarixlərində iki dövlətin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın yeni təcavüz aktına cəhd etdiyi, lakin bu ölkənin siyasi və hərbi məqsədlərinə nail olmadığı qeyd olunub. Ermənistanın Tovuz istiqamətində əvvəlcədən planlaşdırdığı hərbi təxribatının səbəbləri, o cümlədən öz işğalçı siyasətindən arxa plana keçirmək, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, ərazinin yaxınlığından keçən mühüm enerji və nəqliyyat infrastrukturuna zərər vurmaq, nəhayət öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq barədə tədbir iştirakçılarına məlumat verildi. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirildi.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qaldığını söyləyən Nazir vurğulayıb ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək və beləliklə də bölgədə geniş miqyaslı iqtisadi əməkdaşlığa yol açılacaqdır.
Məlumat üçün bildirmək istərdik ki, QDİƏT Xarici İşlər nazirlərinin video-konfrans formatında iclasında 12 üzv ölkədən 7 ölkə Xarici İşlər nazirləri, 5 ölkə isə Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində iştirak edib. Tədbirdə, həmçinin Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi çıxış edib.
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar