Moskvada koronavirus tüğyan edir - Yaşlılara xəbərdarlıq olunub
25-09-2020 [14:25]
Ötən gün Rusiyanın paytaxtı Moskvada 1 560 nəfərə COVID-19 diaqnozu qoyulub, 1 227 nəfər sağalıb. Bu, son aylar şəhərdə qeydə alınan ən yüksək yoluxma sayıdır.
Bunu paytaxtın Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında da kəskin artım müşahidə olunub. Belə ki, son 24 saatda Moskvada 797 nəfər xəstəxanaya üz tutub. Eyni dövr ərzində 14 nəfər virusdan ölüb. Yeni qeydə alınmış yoluxmaların böyük hissəsi gənc əhalinin payına düşüb. Yoluxanların 14,1%-i uşaqlar, 40,3%-i yaşı 18-dən 45-dək olan şəxslər, 21,9%-i yaşı 46-dan 65-dək olanlar, 16,1%-i yaşı 66-dan 79-dək olan ahıllar, 7,6%-i isə yaşı 80-i ötmüş qocalardır.
Beləliklə, Rusiya paytaxtında indiyədək 281 968 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 5 129-u pandemiyanın qurbanı olub, 242 883 nəfər isə sağalıb.
Paytaxtın Operativ Qərargahı bildirib ki, analoji vəziyyətə Avropanın bir çox şəhərlərində rast gəlinir. Qeyd olunub ki, sentyabrda İspaniyanın paytaxtı Madriddə gündəlik Moskvadan 3,5 dəfə daha çox – 5 500-dən çox yoluxma halları qeydə alınıb. Qurumun məlumatında Avstriyanın paytaxtında da yoluxma halları sayının artdığı vurğulanıb.
Paytaxtda yoluxma hallarının artımı ilə əlaqədar şəhər meri Sergey Sobyanin böyük şirkətlərə müraciət edərək qismən də olsa distant iş rejiminə keçməyi tövsiyə edib. Bundan başqa, S.Sobyanin yaşlılara müraciət edərək ciddi ehtiyac olmadıqda bayıra çıxmamağa çağırıb.
N.F.Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq bu vəziyyəti böyük nəqliyyət axışı, D vitamini çatışmazlığı və insanlarda “payıza qarşı böyük həssaslıq”la əlaqələndirib.
Qeyd edək ki, yoluxma hallarının sayına görə Moskva ABŞ-ın Nyu-York şəhərini də (246 198 yoluxma) ötüb. Şəhərdə ilk yoluxma faktı martın 2-də İtaliyadan qayıdan rusiyalı turistdə qeydə alınıb/Report.
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib