İcra başçısının sabiq müavini ilə mətbuat katibinə yeni vəzifələr verildi - TƏBİB-də maraqlı dəyişikliklər + FOTOLAR

img

25-09-2020 [13:26]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibinə yeni vəzifə verilib.

TƏBİB-dən Mia.az-a bildirilib ki, quurmda Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamenti yaradılıb.

Departamentin rəhbəri vəzifəsində isə Aygün Əliyeva təyin olunub.

Xatırladaq ki, A.Əliyeva bundan əvvəl o, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. O, təxminən 20 gün əvvəl TƏBİB-ə gətirilib.

Bundan əlavə, dəyşikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Keçmiş mətbuat katibi Rəvanə Əliyeva isə adıçəkilən departamentdə Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin olunub. 

Rəvanə ƏLİYEVA

Bundan sonra mətbuatla bağlı sualları isə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi cavablandırılacaq. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR