AVRO-2020: "Oyunlarda azarkeş sayı azaldıla bilər"

img

24-09-2020 [19:05]


UEFA İcraiyyə Komitəsinin (İK) bugünkü iclasında AVRO-2020-nin məhdud sayda azarkeşin iştirakı ilə keçirilməsi məsələsi müzakirə olunub.

Bu barədə TASS-a açıqlamasında İK üzvü Aleksey Sorokin deyib. 

Rusiyalı funksionerin sözlərinə görə, yığıncaqda Avropa çempionatı barədə çox az danışılıb: "Tamaşaçı sayında azalma istisna olmaqla, heç bir dəyişiklik gözlənilmir. İndi bu barədə fikir bildirmək çətindir. Çünki heç kim gələn ilin yayında vəziyyətinin necə olacağını bilmir. Bu gün planda heç bir dəyişiklik yoxdur. Bütün şəhərlər turnirə ev sahibliyi edəcək. Heç kim öhdəlik götürməkdən imtina etmir və sistemli şəkildə növbəti yaya hazırlaşır. Yeganə sual azarkeşlərin oyunları izləyə bilməsi ilə bağlıdır. Tamaşaçı sayının azalacağı və bunun da gəlirlərə təsir edəcəyi gözlənilir".

Sorokin azarkeş sayının neçə faiz azaldıla biləcəyini açıqlamayıb: "İndi bu sualın cavabı yoxdur. İstənilən senari ola bilər. Amma bütün bunların aradan qalxacağına və turnirin dolu tribunalar qarşısında olacağına ümid edirik".

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR