DİM tələbə adını qazananlara müraciət etdi
24-09-2020 [10:52]
Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının 7-ci nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap olunacaq.
Jurnalın ön sözündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb. Müraciətdə deyilir: “2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəticəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Virusla bağlı vəziyyət həyat tərzimizin bir neçə həftə, hətta bir neçə gündə necə dəyişə biləcəyini göstərdi. Bu il, həyatımızın bütün sahələrinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayandırıldı, qısa müddətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçirildi, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurulması zərurəti yarandı.
Təbii ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, imtahan verənlərin sayına ciddi məhdudiyyətin qoyulması və yalnız Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə həyata keçirildi.
Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təhsilinizi davam etdirmək məcburiyyətində qaldınız. Lakin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəlməkdə insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.
Biz sizi, yenicə tələbə adını qazanmışları bu mürəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Gələcəkdə də qarşınıza çıxa biləcək çətinliklərə təslim olmamağa çalışın. Həmişə pozitiv dəyişikliklərə can atın, ailənizə, cəmiyyətə, bütövlükdə Respublikamıza vicdanla xidmət etmək və layiqli vətəndaş olmaq üçün bütün imkanlarınızı səfərbər edin!
Əziz tələbələr, Dövlət İmtahan Mərkəzi sevincinizi bölüşür. Biz qəbul kampaniyasının bütün mərhələlərində sizinlə olduq, imtahanlara hazırlaşmaqda sizə daim yardımçı olmağa çalışdıq. Bu məqsədlə buraxılış və qəbul imtahanları proqramlarından ümumi təhsil müəssisələrində martın 1-dən sonra tədris olunan mövzular çıxarıldı, yazılı cavab tələb edən açıq tipli test tapşırıqlarının sayı yarıbayarı azaldıldı. Mərkəz tərəfindən rəsmi materialların, test toplularının, elmi-metodiki vəsaitlərin nəşri, "Vizuallaşdırılmış dərs" sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xidmətlərinin göstərilməsi sizin imtahanların məzmunu, texnologiyası və təşkili haqqında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyırdı.
Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları görmək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həmçinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danılmazdır. Biz onlara da sizin təhsil nailiyyətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bildiririk. Onlar sizi öyrətmiş, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışmışlar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər.
Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vərdişlərə yiyələnməyinizi arzu edirik! Bu gün, sözün əsl mənasında, qarşınızda bütün dünya açıqdır. Məqsədlərinizə nail olmaq üçün imkanların tükənməzliyinə əmin olun. Səhv etməkdən qorxmayın. Uğursuzluqlar və problemlər qarşısında təslim olmayın. Yadınızda saxlayın, demək olar ki, hər bir vəziyyətdən çıxış yolu var. Öz üzərinizdə daim çalışsanız, can atdığınıza mütləq nail olacaqsınız!”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb