LAVROVUN "5 RAYONU GERİ QAYTARMA VƏ SÜLHMƏRAMLI YERLƏŞDİRMƏ" SÖZÜ NİYƏ TƏKZİB OLUNDU? - Politoloqdan Zaxarovanın təkzibinə şərh

img

23-09-2020 [20:25]


"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdən sonra hazırladığım yazıda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın görüşdən sonra təkzib verə biləcəyini istisna etməmişdim. Belə də oldu. Mariya Zaxarovanın təkzib mahiyyətli açıqlamasından belə çıxdı ki, Lavrov Qafarova ilə görüşdə nə 5 rayonun azad olunması gərəkliyindən danışıb, nə də rusiyalı nazir Nikol Paşinyanı tənqid edib".

Mia.az xəbər veirr ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bütün bunlara rəğmən, qapalı görüşdə Lavrovun hər ikisi fikiri dediyinə inanır:

"Əks halda Azərbaycanın parlament sədrinin Moskvadakı görüşlərini işıqlandıran Milli Məclisin mətbuat xidməti niyə o cür xəbər yaymalı idi?

Sahibə Qafarova daha sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Milli Məclisin mətbuat xidmətinə cavabdeh şəxs və ya şəxslər Volodinlə bağlı da eyni məzmunlu xəbər yayıblar, yəni Dövlət Dumasının sədri deyib ki, “Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir”. Mümkündür ki, Dövlət Dumasının mətbuat xidməti də Mariya Zaxarova kimi təkzib etsin. Ancaq yenə inanıram ki, qapalı görüşdə Volodin də Paşinyandan şikayət edib".

Politoloqun sözlərinə görə, görünən odur ki, Rusiya rəsmiləri və diplomatları Ermənistanı rahatsız etmək - qapalı görüşlərdə dediklərini açığa çıxartmaq istəmirlər: "Onlar Milli Məclisin mətbuat xidmətinin Lavrov və Vololdinlə görüşdən yaydıqları xəbərdən rahatsız olublar. Daha bir yanlışı Bakıda etməsinlər, həmin xəbəri yayanı cəzalandırmasınlar, yanlış hərəkət edilməyib. Sahibə Qafarova danışıqlar barədə mətbuat katibini, o da bizi məlumatlandırıb".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR