"Azercell" "Paylaş-Qazan" proqramına start verdi

img

23-09-2020 [17:27]


Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramına start verib.

Şirkətdən Mia.az-a verilən məlumata görə, regionda bu xidməti ilk təqdim edən “Azercell”, “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Beləliklə, sentyabr ayının 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə “Azercell”in rəqəmsal xidmətlərini dostlarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostlarının təklifdən yararlanaraq, “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

“Azercell” tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “IVI” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 manat, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 manat bonus balans qazanırlar.

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm Fakturalı, həm də Fakturasız xətt istifadəçiləri “Azercell” tətbiqlərini gün ərzində məhdudiyyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər.

Əlavə məlumatla şirkətin rəsmi səhifəsindən tanış olmaq olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR