Dövlət Komitəsinin şöbə müdiri vəzifədən azad olundu - Anar Rəsulov səfirlikdə işləyəcək

img

23-09-2020 [16:39]


Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb. 

Məlumata görə, o, öz ərizəsi əsasında vəzifədən azad olunub.

A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O, artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla  Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edillib. F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR