Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi? - Rəylər
23-09-2020 [15:24]
Təhsil Nazirliyinin açıqladığı statistikaya görə, yeni dərs ili başlayandan bu günədək 105 şagird və məktəblərdə işləyən 33 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda yoluxma səbəbindən Quba rayonunun Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bu günədək distant təhsilə keçən siniflərin sayı isə 6-dır.
Bəs yoluxma artarsa, məktəblər yenidən bağlana bilərmi?
Təhsil Nazirliyindən bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərara əsasən, kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.
Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında qapalı məkanlarda karantin qaydalarına əməl edilməməsi nəticəsində yoluxmaların artdığını söyləyib: “Uşaqlarda virus özünü əlamətsiz göstərir. Bəzən onlar yoluxma mənbəyi kimi də çıxış edirlər. Ona görə də müəllimlər ehtiyatlı olmalıdırlar. Əllərin dezinfeksiyasına, maska tapmaq məsələlərinə ciddi fikir verməlidirlər. Müəllimlər qapalı mühitdə oturur, söhbət edirlər. Bəzi məktəblərdə standartlara uyğun şərait yoxdur. Buna görə də müəllimlər tənəffüs vaxtı mümkün qədər açıq havada olsun və gəzişsinlər. Nəinki qapalı müəllimlər otağında maskasız söhbət etsinlər. Bu səbəbdən müəllimlərə ciddi təlimatlar verilməlidir. Yoluxmalar artsa belə, məktəbləri bağlamaq yox, yoluxanları izolyasiya, məktəbi dezinfeksiya etdirmək və sərt karantin rejiminə ciddi əməl etmək lazımdır”.
Təhsil eksperti Elçin Süleymanov isə “Report”a deyib ki, məktəblərdə yoluxma olarsa, lokal qaydada məktəb və ya siniflər bağlanacaq: “Qubada yoluxma aşkar olunandan sonra məktəbi bağlayıblar. Bu proses bu şəkildə davam edəcək. İnkişaf etmiş ölkələrin çoxunda buna bənzərdir. Yəni bütün təhsil sistemini bağlamaq yox, lokal olaraq məhdudlaşdırılması həm prosesi təhsil alanlar üçün təhlükəsiz edir, həm də ölkə təhsil prosesindən qopmamış olur. Çünki bütün ölkə üzrə bölgələrin narıncı və sarı zona olmasından asılı olmayaraq, bütün ölkəyə eyni standartın tətbiq edilməsi düzgün olmaz. Yoluxan, yoluxmayan və risk olmayan bölgələr var”.
Onun sözlərinə görə, virusdan qorunmaq üçün ən düzgün yol məktəbə gələn şagirdlərin temperaturunun ölçülməsi, gigiyenik vasitələrdən istifadə edilməsidir: “Yoluxmalar müəllimlərin qaydalara əməl etməməsindən qaynaqlanıb. Deməli, qaydalara riayət olunarsa, ciddi fəsad olmaz. Mütləq xəstə, temperaturu olan birinin məktəbə girişini əngəlləmək lazımdır. Burada həm valideynlər, həm də məktəb məsuliyyətli olmalıdır”.
Mütəxəssis hesab edir ki, məktəblər də cəmiyyətin bir hissəsi olduğundan yoluxmaların olması normaldır: “Yəni sırf məktəbləri infeksiya, yoluxma mənbəyi kimi düşünmək səhv olardı. Çünki yoluxmalar hər tərəfədə, marketdə, avtobusda və başqa yerlərdə, həmçinin məktəbdə var. Amma məktəbdə qoruyucu addımlar daha çox atılır, nəinki nəqliyyatda və küçədə. Düşünürəm ki, Təhsil Nazirliyinin prosesi bu cür idarə etməsi düzgün addımdır. Gələcəkdə yoluxanların sayı tez və sürətli şəkildə artarsa, o zaman bağlana bilər, amma bu statistikadan, yoluxmanın mənbəyindən asılıdır. Bunlar dəqiq analiz edildikdən sonra qərar verilə bilər”.
Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev də pandemiya dövründə məktəbləri tam bağlı saxlamağı düzgün mübarizə üsulu saymır: “Müəyyən formada məktəblərin açılması ilə bağlı yumşalmalar olmalıydı və biz bu yumşalmaları təqdirəlayiq hesab edirik. Bu, inkişaf etmiş bütün ölkələrdə belədir. Amma yumşalmalarla yanaşı, şagirdlər arasında virusun hansı şəkildə yayılması mütləq olaraq öyrənilməlidir və buna uyğun da növbəti addımlar atılmalıdır. Bunun üçün də bir sıra ölkələrdə olduğu kimi uşaqlar və müəllimlər arasında, hətta məktəbdaxili yoluxma faizinin müəyyənləşdirilməsi üçün elmi tədqiqatlar aparılmalıdır. Müəllim və şagird heyəti arasında yoluxmanın dərhal aşkarlanması üçün tibbi göstəriş daxilində mütəmadi olaraq test aparılmalıdır”.
Onun fikrincə, valideynlər də müəllim və məktəb rəhbərləri kimi öz məsuliyyətini dərk etməlidirlər: “Əgər məktəblərdə yoluxma artırsa, bu, qaydalara əməl olunmamasından irəli gəlir. Bu da məktəblərin bağlanmasına gətirib çıxara bilər. Digər tərəfdən, müvafiq orqanlar da düşünməlidir ki, niyə görə 5 000 nəfərdən çox valideyn uşağını məktəbə qoymur. Fikrimcə, burada inam məsələsi çox böyük rol oynayır. Valideynlərin də inamını qaytarmağın yeganə yolu görülməli olan elmi tədqiqatlarla və tədqiqatların nəticəsinə əsaslanan faktlarla açıq danışmaqdan başlayır”.
Qeyd edək ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin martın 3-də Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılmışdı. Dərslər isə onlayn şəkildə keçirilmişdi. Məktəblər yalnız yeni tədris ilində - sentyabrın 15-də açılıb.
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi