"Barselona"nın futbolçusu İngiltərədə top qovacaq

img

23-09-2020 [13:46]


İspaniyanın "Barselona" klubunun futbolçusu Nelson Semedunun İngiltərə "Vulverhempton"una keçidi rəsmiləşib. 

"Report" "canavarlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb. Kataloniya klubu qarşı tərəfin portuqaliyalı futbolçu üçün 30 milyon avro ödədiyini açıqlayıb. 

Qeyd edək ki, Nelson Semedu "Barselona"da 2017-ci ildən oynayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR