XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı - Faiq Bağırov nələrdə ittiham olunurdu?

img

23-09-2020 [11:54]


Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR