Avropa İttifaqının Zirvə toplantısı təxirə salınıb

img

22-09-2020 [21:06]


Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel karantinə alındığı üçün Aİ-nin Zirvə toplantısı təxirə salınıb.

"Anadolu" Agentliyinin verdiyi xəbərə görə, 24-25 sentyabra planlaşdırılan tədbir təxirə salınaraq, oktyabrın 1-2-nə keçirilib.

Ş.Mişelin köməkçisi bildirib ki, buna səbəb Aİ Prezidentinin mühafizəçilərindən birinin  yeni növ koronavirus (COVID-19) testi pozitiv çıxıb və Ş.Mişel keçən həftə onunla təmasda olub.

Davamlı müayinədən keçən Ş.Milelin test nəticələri neqativ çıxsa da, Belçikada COVID-19-la mübarizə qaydalarına görə, Aİ Prezidentinin özünütəcrid etməsi şərtdir.

Qeyd edək ki, Aİ-nin sözügedən toplantıda Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacağı barədə yazılsa da, bu gün Rəcəb Tayyib Ərdoğanın Şarl Mişel və Almaniya kansleri Angela Merkellə videokonfrans formatında görüşündən sonra Türkiyəyə qarşı münasibətlərin yumşalacağı bildirilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:58 20.10.2020

DİN generalı vəfat etdi