Məktəbdən uzaqlaşdırılan Qarabağ qazisi olan müəllimdən nazirə müraciət: "Sizə necə müəllim lazımdır?"
22-09-2020 [20:29]
Vaqif ƏLİSOY
***
Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmirullayevə və Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə aşağıdakı şəkillə bir xatırlatma edirəm.
Cənablar, çox yaxın zamanda Sizlərə müraciət edəcəyəm. Ölkənin müharibə şəraitində, 65 yaşı bəhanə edib, mənim kimi müəllimləri məktəbdən uzaqlaşdırmağın yalnız bir adı var: düşmən dəyirmanına su tökmək.
Həm millət, dövlət qarşısındakı xidmətlərimi, həm də təhsil sahəsində qazandığım nəticələri ortaya qoyub Sizdən cavab istəyirəm: budurmu cənab Prezidentin, Ali Baş komandanın Qarabağ əlil və vetaranlarına qayğı göstərmək barədə göstərişlərinə verdiyiniz cavab?
Araşdırın Azərbaycan məktəblərində işləyən müəllimlər arasında mənim kimi müəllimlərin sayı nə qədərdir?
Hələ kişi müəllimlərin sayını demirəm. Mən zamanında ən yüksək vəzifələrə dəvət edildim. Ancaq birinci Qarabağ savaşından sonra məktəbə qayıtmağı lazım bildim. Məqsədim bu millət, bu vətən üçün hər an döyüşə hazır olan gənclər yetişdirmək olub və mən buna nail olmuşam.
Bunu da sizə faktlarla sübut edəcəyəm. Şagirdlər və gənc müəllimlər üçün 1988- ci ildən başlayan erməni - rusa qarşı igid oğulları başına yığıb döyüşə atılan, 20 yanvar 1990 - cı il hadisələrində həbs olunaraq Rusiya həbsxanalarında saxlanılan, Xocalı və Qarabağ döyüşlərinin canlı şahidi olan , həmin vaxtlarda həyatını təhlükəyə atıb qeyrətli oğullarla yüzlərlə şəhid meyidini, qız - gəlini, əsir və girovu ermənidən alıb doğmalarına qaytaran, bu yolda qohumlarını, dostlarını, yaxınlarını itirən bir Qarabağ qazisinin, bir ziyalının, bir müəllimin keçdiyi yol bir nümunə deyilmi?
Budurmu verdiyiniz qiymət? Siz mənim necə müəllim olduğumu necə təyin edə bildiniz? Bunu ancaq işlədiyim məktəbin rəhbərliyi, müəllimlər, dərs dediyim şagirdlər və onların valdeyinləri deyə bilər, Siz yox!
Dövlət və millət qarşısında xidmətlərimi bir tərəfə qoyuram. Bu xidmətlərim üçün heç " sağ ol!" da almamışam. Nə etmişəm, millətimiz və dövlətimiz üçün etmişəm. Bunu da Azərbaycanda bilməyən yoxdur. Gənclərimiz üçün Qarabağ döyüşlərindən bəhs edən "Kaş gözlərim kor olaydı" bədii - sənədli kitabın müəllifiyəm.
Hörmətli cənablar, gəldik təhsil sahəsindəki nəticələrimə.
2017/ 18 - ci tədris ilində şagirdim Zamanlı Lamiyə respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gümüş medal almış və həmin ildə 686 balla idarəçilik akademiyasına qəbul olunmuşdur.
Bu ilə dərs dediyim 11-ci sinif üzrə 42 şagirddən (iki sinif) 35-i müxtəlif universtetlərə qəbul olunub.
Onlardan aşağıdakılar bu nəticələri göstərib:
1 Hüseynəliyev Duyğu - 651 bal
2. Hidayətova Aytən - 641 bal
3.Mahmudova Vəsilə- 640 bal.
4. Mahmudova Rəşidə- 580 bal
5.Nəcəfova Nuray - 540 bal
6. Hümbətov Hümbət - 549 bal
7.Məhərrəmova Nəzrin- 537 bal
8.Məhərrəmli Şamxal- 528 bal
9.İsmayılzadə Aysu- 516 bal
10.Nəsibova Elza- 420 bal
Bunlar ən yüksək nəticə göstərən şagirdlərimdir.
İndi hörmətli cənablar, mən dövlət, millət qarşısında xidmətlərimi, təhsil sahəsindəki uğurlarımı Sizə bildirdim. İndi mənə deyin görüm: Sizə nə cür müəllim lazımdır?
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"