"Onları heç vaxt yalnız buraxmadıq, bundan sonra da buraxmayacağıq” - Ərdoğan
22-09-2020 [20:02]
“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.
“Ölkəmizi kənarlaşdırmaq məqsədilə boş-boş addımların uğur şansı qəti yoxdur. Bizim nə Şərqi Aralıq dənizində, nə də başqa bir bölgədə kiminsə haqqında, hüququnda, legitim maraqlarında gözümüz yoxdur. Ancaq ölkəmizin və Kipr türklərinin haqlarının tapdalanmasına, maraqlarının yox sayılmasına da göz yummayacağıq. Bölgədə bu gün yaşanan problemlərin səbəbi Yunanıstan ilə Cənubi Kiprin 2003-cü ildən bəri maksimalist tələblərlə atdıqları təktərəfli addımlardır. Türkiyə Şərqi Aralıq dənizindəki hər cür mənfi halların yükünü təkbaşına daşımağa buraxılan ölkədir. Bunun qarşılığında isə məsələ bölgədəki təbii sərvətlər olduqda ölkəmizin yox sayılması nə ağıl və vicdanla, nə də beynəlxalq hüquqla izah edilə bilər”, - ölkə başçısı söyləyib.
R.T.Ərdoğan Şərqi Aralıq dənizi bölgəsindəki problemin müzakirəsi üçün regional konfransın keçirilməsi təklifini edib: “Anlaşmazlıqların səmimi bir dialoqla, beynəlxalq hüquq əsasında, ədalətli şəkildə həllinə üstünlük veririk. Bu məqsədlə bütün bölgə ölkələrinin haqq və maraqlarının sərgiləndiyi, içində Kipr türklərinin də olduğu regional konfransın təşkil edilməsini təklif edirik”.
Onun sözlərinə görə, uzun müddətdir davam edən böhranın həlli önündəki əngəl yunan tərəfidir: “Bölgədəki böhranın səbəblərindən biri də 1968-ci ildən bəri davam edən müzakirələrdə Kipr məsələsinə ədalətli, əhatəli və daimi bir həllin olmamasıdır. Həllin önündəki yeganə əngəl yunan tərəfinin uzlaşmaz, haqsız, iddialı yanaşmasıdır. Beynəlxalq razılaşmaları saymayan yunan tərəfi Kipr türklərinin öz yurdlarında azlıqda saxlamağa, hətta bütünlüklə adadan çıxarmağı hədəfləyir. Təminatçı ölkə surəti ilə Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmadıq, bundan sonra da buraxmayacağıq”/Report
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)