Ərdoğanla Makron bu gün müzakirə aparacaq

img

22-09-2020 [18:02]


Bu gün yerli vaxtla saat 20.00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şərqi aralıq dənizində yaranan gərginlik fonunda dünyanın gözü bu görüşdə olacaq.

Bildirilib ki, tərəflərin Şərqi Aralıq dənizi ətrafında yaranan gərginliklə yanaşı, ikitərəfli əlaqələri də müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, Makron Ərdoğanı Yunanıstana görə az əvvəl təhdid edib. Rəsmi Ankara isə buna sərt cavab verib.

Bundan sonra Makron türk diliində Türkiyəyə danışıqlara başlamaq mesajı verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR