AŞPA-dan Tofiq Yaqublu ilə bağlı - Açıqlama

img

22-09-2020 [14:59]


Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Tofiq Yaqublunun sentyabrın 28-də keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını alqışlayıb.

Bu barədə Azərbaycana dair həmməruzəçilər Rocer Qeyl (Böyük Britaniya) və Stefan Şennax (Avstriya), habelə Azərbaycan üzrə xüsusi məruzəçi Sunna Evarsdottir (İslandiya) birgə məlumat yayıb.

“Onun barəsində həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı addımdır. Bu da Azərbaycan rəhbərliyinin Tofiq Yaqublu barəsində hökmlə bağlı qayğılarımızı nəzərə alaraq onun davasına Avropa Şurasının standartlarına uyğun ədalətli şəkildə yenidən baxılacağına bizdə ümid yaradır. Biz həmçinin Tofiq Yaqublunun aclığı dayandırmaq qərarından da məmnunuq”, - həmməruzəçilər söyləyiblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR